NATO-nun Baş katibi Türkiyənin xarici işlər naziri...
15:46 22.04.2026
0
0
0
Aprelin 22-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə YAP-dan məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul olunub.
İclasa yekun vuran YAP Sədrinin müavini irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.
Digər xəbərlər