NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilib

...

Yeni Zelandiyada Kraystçörç şəhərində və Selvin rayonunda güclü yağışın genişmiqyaslı daşqına səbəb olmasından sonra fövqəladə vəziyyət elan edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti fövqəladə hallar naziri Mark Mitçellə istinadən məlumat yayıb.

"Kenterberidəki Kraystçörç və Selvin rayonunda fövqəladə vəziyyət elan edilib", - nəşr yazıb.

Bundan əlavə, ölkənin paytaxtı Vellinqtonda güclü külək damları zədələyib, ağacları aşırıb.

"Vellinqton hava limanında uçuşlar axşam saat 6-ya qədər ləğv edilib. Bəzi evlərin elektrik enerjisi kəsilib", - qəzet bildirib.

Nəşr edilib : 01.05.2025 11:41