Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə b...
19:11 07.11.2026
0
0
0
Ölkənin qazandığı Zəfərin əldə olunmasında Azərbaycan xalqının, Ordusunun və şəhidlərin müstəsna rolu olub. Bu gün ölkədə həyata keçirilən islahatlar və gənclər üçün yaradılan imkanlar həmin Zəfərin nəticələrindən biridir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “PeşəFest-2026”nın yekun tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, gənclərin gələcək peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin xüsusi rolu var: “Peşə seçimi zamanı gənclərin qarşısında geniş imkanlar açılmalıdır. Bu cür festivallar məktəblilərə və gənclərə müxtəlif peşələrlə tanış olmaq, gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm imkan yaradır”.
Deputat, həmçinin “PeşəFest” çərçivəsində silah mühəndisliyi istiqamətinin təqdim olunmasını müsbət qiymətləndirib.
Digər xəbərlər