Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Zəfərin gücü ilə sağlamlıq ayı” adlı genişmiqyaslı tibbi aksiya uğurla başa çatıb.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi, tibbi xidmətlərə çıxış imkanlarının artırılması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi olub. Layihə, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin yaratdığı birlik, həmrəylik və milli ruhun səhiyyə sistemində də əksini tapdığını nümayiş etdirib.
Aksiya muxtar respublikanın müxtəlif bölgələrində yerləşən Ailə Sağlamlıq mərkəzləri və onlara tabe və kənd tibb məntəqələrində təşkil olunub. Tibbi xidmətlər Cəhri, Yaycı, Sədərək, Keçili, Dəstə, Dizə, Əbrəqunus, Qarabağlar, Qahab, Aralıq, Tivi, Yengicə, Xok, Vənənd, Kolanı, Sabirkənd Ailə Sağlamlıq mərkəzlərində, Didivar, Üstüpü, Ləkətağ kənd tibb məntəqələrində göstərilib.
Müxtəlifixtisaslı həkimlərin iştirakı ilə vətəndaşlara kardioloji, nevropatoloji, terapevtik, ginekoloji, pediatrik xidmətlər göstərilib, həmçinin USM, EKQ və EXO müayinələri aparılıb. Müayinələr zamanı vətəndaşlara ilkin diaqnostika və müalicə yönümlü tövsiyələr təqdim olunub.
Aksiya çərçivəsində, ümumilikdə, 2945 nəfər müxtəlif sahələr üzrə tibbi müayinədən keçib.
Qeyd edək ki, ənənəvi tibb xidmətlərindən uzaq ərazilərdə yaşayan vətəndaşların da tibbi müayinələrə cəlb olunması, səhiyyə xidmətlərinə bərabər çıxış prinsipinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edib. Tibbi aksiyanın həyata keçirilməsi, eyni zamanda səhiyyə sistemində müasir texnoloji imkanların tətbiqini də önə çıxarıb. Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq mərkəzlərinin yeni tibbi avadanlıqlarla təchiz edilməsi aksiyanın səmərəliliyinə mühüm töhfə verib.
Digər xəbərlər