NAXÇIVAN :

01 Iyul 2025, Çərşənbə axşamı

Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

...

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib.

Bu barədə "Şərq qapısı" NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.

"Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda bildirilib.

Nəşr edilib : 06.03.2025 15:16