Ayxan Hacızadə: İranın Ermənistandakı səfirinin Qə...
12:41 28.06.2025
0
0
0
Media festivalı çərçivəsində Naxçıvanda olmaqdan çox sevincliyik. Çox möhtəşəm bir qarşılama, mötəşəm bir tədbir müşahidə etdik. Hələ tədbirlərimiz davam edir. Gəlişimiz "Göycə" festivalına təsadüf etdi. Təbii ki, haqqında eşitmişdik, oxumuşduq, amma gəlib burada bu göycələri dadmamışdıq.
Naxçıvana bu ikinci gəlişimdir. Fuad müəllimlə görüşdə də onun qeyd etdim ki, ilk dəfə gələndə burada bir süstlük, susqunluq var idi. Amma aradan il yarım keçməsinə baxmayaraq, Naxçıvanda qaynarlıq var. Həsən bəy Zərdabi səhnəsinə çox qəhərləndim. Bilirsiniz niyə? Çünki biz də elə Həsən bəy Zərdabi kimi millətimizin maariflənməsi üçün çalışan insanlarıq. Əlbəttə, Həsən bəy Zərdabinin dönəmi çox çətin dönəm idi. O bizim kimi rahat şəraitdə işləmirdi, bu cür imkanlar da yox idi. Onun başladığı bu müqəddəs işi layiqincə davam etdirmək bizim həyat amalımız olmalıdır. Bu baxımdan keçirilən tədbir çox dəyərlidir. Çox gözəl çıxışlar dinlədik. Naxçıvanda həyatın yenidən canlanmasının daha bir göstəricisi də bugünkü media festivalıdır. Belə yüksək səviyyədə təşkilatçılıq üçün əməyi keçən hər kəsə təşəkkür edirəm.
Digər xəbərlər