NAXÇIVAN :

16 May 2025, Cümə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib

...

Naxçıvan Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin nəzdində böyrək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icra olunmasına icazə verilməsi və transplantasiyanı ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına əlavə edilməsi məsələlərinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  2025-ci il 14 may tarixli Sərəncamına əsasən nazirliyin müvafiq struktur bölmələrinin rəhbər və mütəxəssislərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ezam olunublar.

Səhiyyə Nazirliyinin nümayəndə heyəti tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzinin maddi-texniki bazası, kadr potensialı, laboratoriya və əməliyyat bloku şəraiti yerində qiymətləndirilib. Eyni zamanda beynəlxalq tələblərə uyğun olaraq transplantasiya əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan infrastruktur və hüquqi prosedurlar müzakirə olunub.

Səfər zamanı nümayəndə heyəti tərəfindən mövzu ilə bağlı ilk yerində araşdırmalar aparılıb, Naxçıvan Sağlamlıq Mərkəzinin infrastruktur imkanları, tibbi heyət və avadanlıq təminatı üzrə məlumatlar toplanıb. Transplantasiya əməliyyatlarının təşkili üçün tələb olunan şərtlər və müvafiq standartlara uyğunluq səviyyəsi qiymətləndirilib.

Eyni zamanda bu səfər Naxçıvan Muxtar Respublikasında transplantasiya əməliyyatlarının gələcəkdə icra olunması üçün mühüm bir addım olaraq qiymətləndirilib. Növbəti mərhələdə mərkəzin təklif olunan şərtlərlə uyğunluğu nəzərə alınaraq lazımi icazələrin verilməsi prosesi davam etdiriləcək.

Nəşr edilib : 16.05.2025 12:14