NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

...

Mayın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur. Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Nəşr edilib : 08.05.2026 16:49