NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Ən çox karuseli bəyəndim, sanki buludların üstünə çıxmışdıq

...

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan şəhərində keçirilən “Uşaqların rəngli dünyası-2026” festivalı şəhərə xüsusi rəng və sevinc qatıb. Gün ərzində uşaqlar üçün təşkil olunan əyləncəli proqramlar, rəngarəng səhnə çıxışları, yaradıcılıq nümayişləri və müxtəlif oyunlar tədbir iştirakçılarının marağına səbəb olub. Festival ərazisində uşaqların sevinc dolu anları, valideynlərin məmnunluğu və ümumi bayram ab-havası diqqət çəkib.
Tədbirdə əylənən uşaqlardan biri 5 yaşlı Mələk Səfərova ilə həmsöhbət olduq: "Səhər tezdən anamla bura gəlmişik və mən o qədər sevinirəm ki! Ən çox karuseli bəyəndim, sanki buludların üstünə çıxmışdıq. Cizgi filmi personajları ilə şəkil çəkdirdim, mahnı oxuyub rəqs etdik. Günümüz çox xoş və maraqlı keçdi”.

Səmayə RƏSULOVA

Nəşr edilib : 01.06.2026 20:14