Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri baş...
21:31 06.05.2025
0
0
0
Müsahibə mərhələsində Naxçıvanda peşə təhsili müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib.
Müsahibə mərhələsində ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssisi də onlayn qaydada namizədlərin qiymətləndirilməsində iştirak edib.
Bu mərhələdə namizədlərin peşəkarlığı, idarəetmə bacarıqları və strateji yanaşmaları ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Qeyd edək ki, işə qəbul müsabiqəsinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrindən 3 vakant direktor vəzifəsi çıxarılıb.
Digər xəbərlər