NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 24 binada keçirilən imtahanlarda, ümumilikdə, 5589 şagird iştirak edib.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 19.04.2026 14:00