Avtomobil yoluna düşən qaya parçaları hərəkəti məh...
22:30 14.05.2025
0
0
0
"Naxçıvan Dövlət Universitetində çox möhtəşəm tədbirlərin şahidi olduq. Bunun da əsas səbəbi odur ki, bizim doğma Naxçıvanımız çox böyük sürətlə inkişaf edir. Coğrafi, tikinti-quruculuq, eləcə də intellektual baxımından diqqətçəkən bölgədir".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri professor Rafiq Əliyev jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, mən həmişə yaxşı bir kampusu olan universitet modeli fikrində olmuşam. Dünyanın müxtəlif ölkələrində olarkən Harvardda, Emaiti də, Toronto da bu universitetləri görəndə ürəyimdən belə bir hiss keçirdi ki, niyə doğma Azərbaycanda da belə bir universitetlər olmasın. Amma Naxçıvan Dövlət Universitetinin şaxəli fəaliyyətini görmək məni çox məmnun etdi. Bu cür gözəl, gələcəyi daha da gözəl olacaq universitetdəki fəaliyyətləri üçün professor müəllim heyətini və tələbələri təbrik edirəm.
Aidə İBRAHİMOVA
Digər xəbərlər