NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

...

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş fəallığı zəif olub, çox az sayda alışma qeydə alınıb. Yerə təsir edə biləcək Tac Kütlə Atılmaları (TKA) və II tip radioemissiyalar müşahidə edilib.Günəş səthində 9 ləkə qrupunda 110 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb. 2 MeV-dən böyük enerjili elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən böyük enerjili proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlib.

Günəş küləyinin maksimal sürəti 566 km/san olub. Geomaqnit sahəsi əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. İyunun 1–7 tarixləri üçün proqnoza əsasən, C sinif alışmanın baş vermə ehtimalı 90 faiz, M (R1–R2) sinif alışmanın 25 faiz, X (R3) sinif alışmanın isə 5 faizdir.

Elektron selinin orta və yüksək səviyyədə, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə Günəş küləyinin yenidən normadan yüksək olacağı proqnozlaşdırılır.

Avroraların müşahidə ehtimalı yüksək geomaqnit enliklərdə 15–40 faiz, orta enliklərdə isə 1–30 faizdir.

Mənfi qütblü tac dəliyi axınları və TKA-ların təsiri ilə 2–3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Nəşr edilib : 01.06.2026 17:27