NAXÇIVAN :

09 May 2025, Cümə

Şöhlət İxtiyaroğlu: "Naxçıvanlıların kitab sevgisi, bizi ikinci dəfə təkrar bu sərgiyə gətirdi"

...

"Biz artıq nəşriyyat olaraq ikinci dəfədir ki, Naxçıvanda keçirilən “BOOKFEST”də iştirak edirik. Hər mənada naxçıvanlıların kitab sevgisindən çox məmnunuq. Çünki onların o sevgisi bizi yenidən, ikinci dəfə təkrar bu sərgiyə gətirdi".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində “Qədimqala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu söyləyib.
O deyib: "Həm ötən il, eləcə də indi insanların kitaba olan marağını, onların kitabla olan ünsiyyətini, xüsusən də övladlarını götürüb bu sərgiyə gəlmələri, həqiqətən də, bizi çox xoşhal edir. Əminik ki,  bu festivalların sayı çox olacaq və nəinki Naxçıvan, bütün bölgələrimiz hamısı kitab kitablı günlər, kitablı bayramlar daha çox keçirəcək”.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 09.05.2025 13:54