Prezident İlham Əliyevin adından Vyetnam Kommunist...
21:56 07.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib, abidə önünə gül dəstəsi düzülüb.
Dövlət Arxiv İdarəsində davam edən tədbiri giriş sözü ilə Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli "Konstitusiya və Suverenlik İli" haqqında Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirilir və bugünkü tədbirimizdə bu mövzuya həsr edilib.
Tədbirdə "Hüquqi Dövlətçilik və Milli Suverenlik ili", "Konstitusiya-müstəqil Azərbaycanın təməlidir", "Konstitusiya və Suverenlik İli" birliyimizin və gücümüzün təzahürüdür", "Konstitusiya və Suverenlik İli" mövzularında Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi əməkdaşları Günel Hüseynova, Aygün Həmzəyeva və Ləman Dünyamalıyevanın, Babək rayon Dövlət Arxivinin müdiri Pərviz Mahmudovun çıxışları dinlənilib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin, dövlət arxivinin əməkdaşları, rayon dövlət arxivlərinin müdirləri və idarədə istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması və Tarix ixtisaslarında təhsil alan tələbələr, həmçinin "Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxsin Kargüzar ixtisası qrupunda təhsil alan tələbələr iştirak ediblər.
Sonda Mehman Məmmədov iştirakçılara təşəkkür edərək tədbirə yekun vurub.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər