NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

2025-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 759 milyon 883 min 500 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,0 faiz artaraq 1612,0 manat olmuşdur.

         *** 

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon 127 min 400 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,1 faiz çoxdur. Sənaye məhsulunun 213 milyon 448 min 200 manatı və ya 83,7 faizi malların, 41 milyon 679 min 200 manatı və ya 16,3 faizi isə xidmətlərin payına düşmüşdür. 

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 79,2 faizi emal, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

          ***

2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 83  milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

            ***

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 144 milyon 969 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 46 milyon 7  min 300 manatı bitkiçilik sahəsi üzrə, 98 milyon 962 min 300 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,6 faiz artmışdır.

***

2025-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 501 min 200 ton yük, 23 milyon 258 min 200 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması və sərnişin daşınması hər iki halda 1,0 faiz artmışdır. 

***

Cari ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq  19 milyon 400 min 100 manat olmuşdur. Xidmətlərin 46,6 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

2025-ci ilin yanvar-iyun aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 677 milyon 5 min 400 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Ticarət şəbəkəsində 348 milyon 657 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 328 milyon 347 min 600 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,4 faiz artaraq 2025-ci il iyun ayının 1-ə milli valyuta ekvivalentində 31 milyon 173 min manat təşkil etmişdir. Əmanətlərin 93,5 faizi milli, 6,5 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,3 dəfə artmışdır.

             ***

Cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 57 milyon 566 min 140 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 milyon 814 min 130 dollarını və ya 10,1 faizini ixrac olunmuş məhsulların, 51 milyon 752 min 10 dollarını və ya 89,9 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 faiz, o cümlədən idxal 15,0 faiz azalmış, ixrac isə 16,0 faiz artmışdır.

                                                ***

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 103 milyon 980 min 600 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

                                                 ***

2025-ci ilin yanvar-may aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 812,1 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

                                                    ***

1 iyun 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2148 nəfər və ya 0,5 faiz artaraq 471608 nəfər olmuşdur.

Nəşr edilib : 10.07.2025 20:06