NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

...

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, Almaniya hökumətinin mətbuat xidmətinin məlumatında liderlərin Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıqları bildirilib. Məlumata əsasən, Almaniya Kansleri Konqres tərəfindən Qrehem sanksiyalar qanununun qəbul edilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə olunub. Tərəflər hər iki su yolunun qısa müddətdə açılmasının zəruriliyini vurğulayıblar.

Nəşr edilib : 17.09.2026 23:20