TDT Müsəlman dini liderləri Prezident İlham Əliyev...
11:32 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
9-12 sentyabr tarixlərdə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə Türkiyənin Kahramanmaraş şəhərində Prof.Dr.Rana Özbal, Doç.Dr.Xəlil Təkin və Dr.Fokke Gerritsen rəhbərliyi ilə “Yuxarı Mesopotamiya və ötəsində tarixdən əvvəlki dulusçuluq (e.ə.7000-4000)” (International Workshop: Prehistoric Pottery in Upper Mesopotamia and Beyond (7000-4000 BCE) adlı beynəlxalq konfrans təşkil edilib.
AMEA Naxçıvan Bölməsindən “Şərq qapısı”na bildirilib ki, konfransda Naxçıvan Muxtar Respublikasından AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elmar Baxşəliyev iştirak ediblər.
Dünyanın 10 ölkəsindən, o cümlədən Azərbaycandan 36 alimin iştirak etdiyi konfransda e.ə. VII-IV minilliklərdə Yuxarı Mesopotamiya və onun ətrafında baş verən sosial-iqtisadi dəyişikliklər, eləcə də Hassuna, Samarra, Xalaf və Ubeyd kimi tanınan dövrlərdə keramika nümunələrindəki oxşarlıqlar, dəyişikliklər və regional fərqliliklər müzakirə edilib.
Konfransda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elmar Baxşəliyev və Dr.Gökçen Acarın “Economic-Cultural Relationship of Nakhchivan with the Middle East in the Neolithic and Chalcolithic Periods” adlı məruzəsi dinlənilib.
Konfransdan sonra arxeoloqlar “Verimli Aypara”dakı Domuztəpə ve Tell Kurdi yaşayış yerlərinə baxış keçiriblər.
Qeyd edək ki, elm adamlarının fərqli coğrafiyalardan əldə edilən məlumatları eyni platformada təqdim etməsi tarixdən əvvəlki dulusçuluğun istehsal texnikalarından tutmuş mədəni yayılmasına qədər bir çox mövzunun elmi cəhətdən müzakirə olunmasına şərait yaradıb.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Digər xəbərlər