NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvanda kommersiya qurumlarının sayı 13,8 faiz artıb

...

Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56 min 418 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1939 olub. 2026-cı ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 85,4 faizi elektron, 14,6 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Nəşr edilib : 14.09.2026 10:22