NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan Çinlə iqtisadi əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə edib

...

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər nəzərdən keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr Çinin ölkədəki səfiri Lu Mey ilə görüşdə aparılıb: "Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. Ticarət, sənaye,investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini qeyd etdik".

Nəşr edilib : 14.07.2025 18:26