NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan və Qazaxıstan limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə edib

...

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkəmizdə səfərdə olan Qazaxıstan Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşdük. Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.

Nəşr edilib : 06.08.2025 17:32