NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunun ilk günündə 4 medal qazanıblar

...

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.
"Şərq qapısı" xəbər verir ki, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60 kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

Nəşr edilib : 03.08.2025 14:20