NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

...

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışlarına start verilib.
"Şərq qapısı" xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən görüşlərdə qızlardan ibarət Azərbaycan millisi də ilk sınağına çıxıb.
A qrupunda yer alan yığma Tacikistanla qarşılaşıb. Görüş millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda növbəti görüşünü oktyabrın 3-də Özbəkistan seçməsinə qarşı keçirəcək.

Nəşr edilib : 29.09.2025 20:41