NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

İslam İnkişaf Bankının nümayəndələri ilə auditdə süni intellektin imkanları müzakirə edilib

...

Azərbaycan Respublikası Hesablama Palatasında İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycana missiyası çərçivəsində Qrupun nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan bildirilib ki, görüş zamanı İİB nümayəndə heyəti tərəfindən üzv ölkələrdə potensialın artırılması sahəsində görülən işləri vurğulanıb.

Daha sonra Hesablama Palatasının aparat rəhbəri qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərdən, o cümlədən rəqəmsallaşma sahəsində görülən tədbirlərdən, auditdə süni intellektdən istifadə üzrə müxtəlif ölkələrin ali audit orqanları ilə uğurlu təcrübə mübadiləsindən, əməkdaşların potensialın artırılması üzrə həyata keçirilən layihələrdən və sair bəhs edib.

Sonda əvvəlki görüşlər də nəzərə alınmaqla, müzakirə edilən məsələlərin icra mərhələsinə keçməsinin zəruriliyi qeyd olunub.

Nəşr edilib : 15.09.2026 17:32