NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Xırdalanda evdə partlayış olub, 1 nəfər ölüb

...

Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nəşr edilib : 15.09.2026 17:20