Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişa...
17:50 15.09.2026
0
0
0
Naxçıvan Dövlət Universitetində 2026-2027-ci tədris ilinin payız semestrinin ilk dərsləri şəhid ailələri və qazilərin iştirakı ilə keçirilib.
"Şərq qapısı" xəbər verir ki, universitetin bütün fakültələrində təşkil olunan dərslərdə şəhid ailələri şəhidlərin həyat və döyüş yolundan, qazilər isə Vətən müharibəsində baş verən hadisələrdən və Zəfərin tarixi əhəmiyyətindən danışıblar.
Dərslər zamanı şəhidlərin həyat və qəhrəmanlıqlarını əks etdirən təqdimatlar nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, NDU-da artıq 4 ildir, hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənə halını alıb. Təşəbbüs şəhidlərin xatirəsinin yaşadılması, qazilərin döyüş yolunun gənc nəslə çatdırılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.
Digər xəbərlər