NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir

...

Hazırda “ADEX” sərgisinin uğuru yalnız rəqəmlərlə ifadə olunmur. Çox vacib göstərici var ki, bu da bizə olan etimaddır.

"Şərq qapısı" xəbər verir ki, bunu "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.

Fərid Məmmədov bu etimadı bir gündə əldə etməyin mümkün olmadığını bildirərək deyib ki, bu, uzun illər ərzində Müdafiə Sənayesi Nazirliyi ilə birgə işin nəticəsidir.

“Daha güclü milli müdafiə, daha çoxlu texnologiyalar, daha çox innovasiya və daha geniş beynəlxalq əməkdaşlıq.

Ona görə “ADEX”ə, sadəcə, bir sərgi kimi baxmayın. ADEX Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan bir pəncərədir", - deyə o vurğulayıb.

Nəşr edilib : 22.09.2026 13:01