NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 52,9 min şəxsə ambulator, 24,8 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Nəşr edilib : 22.09.2026 12:07