NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Bəzi yerlərdə duman olacaq

...

Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Nəşr edilib : 22.09.2026 12:39