NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək

...

İkigünlük müzakirələrin məqsədi beynəlxalq enerji təhlükəsizliyi, enerji resurslarına çıxış və emissiyaların azaldılması arasında balans tapmaqdan ibarətdir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri 9-cu OPEC Beynəlxalq Seminarının açılış mərasimində çıxışı zamanı OPEC-in Baş katibi Haysam Əl-Qays bildirib.

Qeyd edilib ki, əsası 1969-cu ildə qoyulan və müasir formatda isə 2001-ci ildən bəri keçirilən OPEC Beynəlxalq Seminarı enerji sahəsinin yüksəksəviyyəli nazirlərini və liderlərini bir araya gətirərək qlobal enerji sektorunun əsas mövzularını müzakirə etməyə xidmət edir.

Xüsusilə diqqətə çatdırılıb ki, bu il OPEC-in yaranmasının 65 illiyi tamam olmaqla yanaşı, eyni zamanda, təşkilatın qərargahının Vyanada yerləşməsinin də 60 illik yubileyidir. Baş katib Avstriya dövlətinə onilliklərdən bəri göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.

Baş katib çıxışında, həmçinin OPEC Beynəlxalq Seminarı çərçivəsində “COP29-dan COP30-a doğru” panel müzakirəsinin təşkil olunacağını da qeyd edib.

“Fikrimcə, COP müzakirələrinin mövcud vəziyyətini qiymətləndirmək və onların gələcək istiqamətini müəyyənləşdirmək baxımından bu paneldən daha uyğun bir platforma ola bilməzdi”, – deyə o bildirib.

Nəşr edilib : 09.07.2025 14:34