NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Baş nazir: “İlin sonunda Gürcüstandan Azərbaycan sərhədinə gedən magistral yolunun tikintisinə başlanılacaq”

...

Gürcüstandan Azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Tikinti işlərinə bu ilin sonunda başlanılacaq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.

Nəşr edilib : 27.06.2025 15:27