NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Büdcə xərclərinin inzibati təsnifatında dəyişiklik edilib

...

Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatında dəyişiklik edilib.

"Şərq qapısı" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatında səhmdar cəmiyyətlər hissəsindən Azərbaycan İnvestisiya Şirkəti, Açıq Səhmdar Cəmiyyəti publik hüquqi şəxslər hissəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi bəndləri çıxarılıb.

Nəşr edilib : 09.07.2025 17:54