NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib

...

Çinin cənubundakı Haynan əyalətində davam edən güclü yağışlar səbəbindən təhlükəli ərazilərdən 31 mindən çox insan təxliyə edilib.

"Şərq qapısı" Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əyalətin altı şəhər və rayonlarında yağıntının miqdarı 300 millimetri ötüb, ən yüksək göstərici isə Vanninq şəhərində (452,1 mm) qeydə alınıb.

Təbii fəlakətlə əlaqədar bölgədə daşqın nəzarəti üzrə təcili yardım tədbirləri yüksək səviyyəyə çatdırılıb. Təhlükəsizlik məqsədilə altı rayonda məktəblər, səkkiz rayonda isə turistik məkanlar bağlanıb, yollarda hərəkət məhdudlaşdırılıb.

Hazırda xilasetmə qrupları fəlakət zonalarında qabaqlayıcı tədbirlər həyata keçirir.

 

Nəşr edilib : 14.09.2026 12:29