NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

COP29 prezidenti ölkələri su ehtiyatları ilə bağlı bəyannaməyə qoşulmağa çağırıb

...

COP29 prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nevski Beynəlxalq Ekoloji Konqresində hər kəsi COP29-da qəbul edilmiş Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsinə (Declaration on Water for Climate Action) qoşulmağa çağırıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumatda qeyd olunub ki, Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalması probleminin həllinə həsr olunmuş regional əməkdaşlıq sessiyasının moderatoru olub.

Nəşr edilib : 22.05.2025 16:21