Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr...
20:36 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Azərbaycanın COP29 sədirliyi davam edir. Cari ildə bu istiqamətdə Azərbaycan tərəfindən bir sıra işlər həyata keçirilir. Hazırda Azərbaycan nümayəndə heyəti COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarainin rəhbərliyi ilə Panama şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Panamada keçirilən İqlim Həftəsində təmsil olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib.
Panamaya səfər çərçivəsində maraqlı tədbirlər, rəsmilərlə, həm özəl sektorla, həm vətəndaş cəmiyyəti ilə görüşlər nəzərdə tutulub.
“İqlim həftəsinin birinci günü bizim Panama kanalına səfərimiz baş tutdu və maraqlı görüşlərimiz oldu. Belə ki, Panama kanalı tərəfindən təşkil edilən tədbirdə iştirak etdik. Həmçinin Panama kanalının baş icraçı direktorunun müavini, davamlıq üzrə baş icraçı direktor İlya Espina-de Marotta (Ilya Espino de Marotta) ilə maraqlı görüşümüz oldu. Çünki Panama kanalı dünya iqtisadiyyatında və daşımalar sahəsində çox böyük rolu var. Görüş çərçivəsində biz təbii ki, COP29-un tarixli nəticələri haqda danışdıq, Azərbaycanın bu sahədə gördüyü işlər barədə məlumat paylaşdıq. Həmçinin Azərbaycanın COP29 çərçivəsində qlobal Cənubla qlobal Şimal arasında körpü yaratmaq rolu haqda məlumat verdik, eləcə də artıq qlobal Cənuba göstərdiyi dəstək barədə ətraflı müzakirələr aparıldı.
Panama kanalının nümayəndəsi də bu kanalın fəaliyyəti barədə, həmçinin kanalın davamlılıq, dayanıqlılıq siyasəti, qlobal iqlim dəyişmələri mövzusuna verdiyi töhfə barədə məlumat təqdim olundu”, - deyə Nigar Arpadarai əlavə edib.
Nigar Arpadarai qeyd edib ki, səfər çərçivəsində COP30-un baş direktoru, Braziliyanın İqlim Dəyişikliyi üzrə Milli katibi Ana Toni ilə görüş keçirilib. “Görüşdə çox maraqlı məsələlər müzakirə olundu. Belə ki, COP30-a hazırlıq və bizim komandalar arasında olan əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıq”, - deyə N.Arpadarai əlavə edib.
Digər xəbərlər