Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazı...
18:34 13.11.2026
0
0
0
Noyabrın 13-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi və “Sıfır Tullantı” fondu tərəfindən təşkil olunub.
Təqdimatda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
Tədbirdə qadınların dayanıqlı həyat tərzinin təşviqində rolu müzakirə edilib.
Həmçinin, ekoloji məsuliyyətin artırılması, tullantıların azaldılması və sıfır tullantı yanaşmasının gündəlik həyata inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Digər xəbərlər