NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026-2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.

Bu barədə İdarədən bildirilib. Qeyd olunub ki, valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər. Onlar yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.

Nəşr edilib : 13.11.2026 17:43