NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

...

Oktyabrın 12-də  35/10 kV-luq "Əbrəqunus" yarımstansiyasından çıxan 3 , 4 , 5 nömrəli 10 kV-luq   hava elektrik xəttində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, bu səbəbdən sabah saat 12: 00-dan 15:00-dək Culfa rayonunun Saltaq, Göydərə, Gal, Şurud, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində  elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Nəşr edilib : 11.10.2026 17:29