Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduql...
23:30 11.10.2026
0
0
0
“Şərq qapısı” qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Uzun illər “Şərq qapısı” qəzetində çalışan Məhəbbət Mirzəyeva peşəkar fəaliyyəti, zəhməti və mətbuat sahəsinə verdiyi töhfələrə görə seçilib. O, səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Məhəbbət Mirzəyevanın vəfatı “Şərq qapısı” qəzetinin kollektivi üçün ağır itkidir.
Allah rəhmət eləsin! Yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Digər xəbərlər