NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Eşqi Bağırov: “Rəqəmsal bacarıqlar” layihəsi 528 min, STEAM layihəsi isə 303 mindən çox şagirdi əhatə edib

...

Şagirdlərdə rəqəmsal savadlılıqla yanaşı, tənqidi və yaradıcı düşünmə, problem həlli, layihələndirmə və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir.

"Şərq qapısı" xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Eşqi Bağırov bildirib ki, ötən tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbdə təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM layihəsi isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib.

Nəşr edilib : 11.09.2026 11:00