NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

...

Sentyabrın 8-də Gürcüstanda zəlzələ baş verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu məlumat yayıb.

Bildirilib ki, 4 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 08:52-də Axalkalakidən 21 kilometr şimalda, Balanta kəndi ərazisində qeydə alınıb.

Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilməyib.

Nəşr edilib : 08.09.2026 11:20