Naxçıvanda son 2 il 3 ay ərzində 3500-ə yaxın yeni...
15:12 16.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Yaylım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib.
Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək.
Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.
Digər xəbərlər