NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

İdarə rəisi: Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində kompleks urban inkişaf modeli tətbiq olunur

...

Ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nin elan olunması dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin, həyata keçirilən ardıcıl islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti artıq klassik tikinti yanaşmasından kənara çıxaraq, kompleks urban inkişaf modelinə çevrilib.

“Xüsusilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın müasir şəhərsalma modelinin ən parlaq nümunələrindən biridir. Bu ərazilərdə baş planlar əsasında kompleks ərazi inkişafı təmin olunur, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları tətbiq edilir. Rəqəmsal idarəetmə sistemləri, yaşıl enerji həlləri, ekoloji dayanıqlıq və resursların səmərəli idarə olunması prinsipləri geniş şəkildə reallaşdırılır”, - deyə idarə rəisi vurğulayıb.

Nəşr edilib : 01.05.2026 11:57