“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərar...
18:45 07.09.2026
0
0
0
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Azərbaycanın "Qlobal Dəniz Külək Alyansı"na qoşulmasını təklif edib.
"Şərq qapısı" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu təklif nazir Pərviz Şahbazov və IRENA-nın Baş direktoru Françesko La Kamera arasında keçirilən görüşündə edilib.
Bildirilib ki, Azərbaycanın Xəzər dənizində böyük külək potensialı nəzərə alınaraq bu təşəbbüsün ölkənin yaşıl enerji gündəliyi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan ilə IRENA arasında uzunmüddətli və səmərəli əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Françesko La Kamera Azərbaycanın Agentliyin ən fəal və etibarlı tərəfdaşlarından biri olduğunu bildirib, COP29 çərçivəsində enerji saxlanc sistemləri, elektrik şəbəkələri və hidrogen üzrə irəli sürülmüş təşəbbüslərin qlobal enerji gündəliyinə mühüm töhfə verdiyini vurğulayıb.
Görüşdə COP31-ə hazırlıq məsələləri müzakirə olunub. Antalyada COP29-un "Qlobal Enerji Saxlanc Sistemləri və Şəbəkələr üzrə Öhdəliyi"nin icrasına və "Hidrogen Bəyannaməsi" üzrə öhdəliklərin praktik həyata keçirilməsinə həsr olunacaq tədbirlərin təşkili, bu təşəbbüslərin inkişafına dəstəklə bağlı fikir mübadiləsi aparılıb. Hidrogenin enerji keçidində rolu, təmiz yanacaqların aviasiya və gəmiçilikdə artan əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycanın IRENA-nın Baş Assambleyasında növbəti dövr üçün vitse-prezident kimi fəaliyyəti və Agentliklə əməkdaşlığın gələcək istiqamətləri də nəzərdən keçirilib.
Digər xəbərlər