NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır

...

Bərpaolunan enerji üzrə xüsusi sertifikatlaşdırma sxeminin qurulması ilə bağlı qaydalar artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib və hazırda milli reyestrin hazırlanması istiqamətində işlər aparılır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”çərçivəsində “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda panel sessiyası zamanı Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova söyləyib.

Mənşə Zəmanətlərinin milli səviyyədə verilməsinin və yerli reyestrlərin beynəlxalq standartlara inteqrasiyasının əsas hədəflərdən biri olduğunu diqqətə çatdıran Rəna Hümbətova burada ən kritik məsələnin təkrar hesablamanın qarşısını almaq olduğunu deyib.

"Qaydalar elə tənzimlənməlidir ki, buraxılan hər bir sertifikat şəffaf şəkildə izlənilsin və yalnız bir dəfə ödənilərək ləğv edilsin", - deyə o əlavə edib.

Nəşr edilib : 07.09.2026 17:49