NAXÇIVAN :

13 Sentyabr 2026, Bazar

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

...

Türkiyənin İstanbul hava limanı 110-dan çox aviaşirkətlə əməkdaşlıq çərçivəsində 340-dan artıq istiqamətə uçuş təmin edir. Hazırda aeroport şimal-cənub istiqamətində yerləşən üçü əsas və ikisi isə ehtiyat olmaqla, ümumilikdə 5 uçuş-enmə zolağı ilə fəaliyyət göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sentyabrın 18-də istifadəyə veriləcək dördüncü əsas zolaqla aeroportda uçuş-enmə zolaqlarının ümumi sayını 6-ya çatdırılacaq.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Nazir bildirib ki, yeni zolaq eyni zamanda İstanbul hava limanının şərq-qərb istiqamətində yerləşən ilk uçuş-enmə zolağı olacaq. Yeni beton zolağın uzunluğu 2820 metr, eni isə 45 metrdir.
Uraloğlu xatırladıb ki, 2025-ci ilin aprelində Avropada ilk dəfə “üçlü müstəqil paralel uçuş-enmə zolağı əməliyyatı” məhz İstanbul hava limanında tətbiq edilib.

Nəşr edilib : 13.09.2026 14:01