Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xə...
03:06 26.07.2026
0
0
0
1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş helikopter faciəsi xalqın yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir.
"Şərq qapısı" Qərb bürosu xəbər verir ki, bu gün faciənin növbəti ildönümü ilə əlaqədar həlak olan uşaqların xatirəsi ehtiramla yad edilib.
Faciə qurbanlarının valideynləri və yaxınları ilə yanaşı, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri də onların məzarlarını ziyarət edərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.
Xatırladaq ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter qəzaya uğrayıb. Nəticədə helikopterin sıradan çıxan rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.
Digər xəbərlər