Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasınd...
16:47 19.08.2026
0
0
0
Avqustun 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Digər xəbərlər