NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması yeni qaydada tənzimlənəcək

...

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 14-də keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.

Layihəyə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Nəşr edilib : 14.09.2026 11:55