NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib

...

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 30 min 749 şəxs qəbul edilib. 

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və sair məsələlərlə bağlı 45 min 98 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.

Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Nəşr edilib : 14.09.2026 12:03